“İnter”in hücumçusu Mehdi Taremi karyerasını Braziliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Botafoqo” klubu iranlı futbolçunu transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. A Seriyası təmsilçisi 33 yaşlı hücumçu ilə danışıqların son mərhələsindədir.
Taremi 2024-cü ildən “İnter”də çıxış edir. O, çempionatda 26 oyunda 1 qol vurub.