Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq İrlandiya təmsilçisi “Şelburn”un Bakıda dəstəksiz qalmayacaq.
Referans xəbər verir ki, rəqib komanda Bakıya 100-dək azarkeşlə gələcək.
“Qarabağ” iyulun 23-də baş tutan ilk görüşdə “Şelburn”u səfərdə 3:0 hesabı ilə məğlub edib. Tərəflər arasında cavab görüşü iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.