Azərbaycanlı hücumçu Orxan Əliyev Qırğızıstan Premyer Liqasında debüt edib.


Rekord.az xəbər verir ki, 29 yaşlı hücumçunun komandası “Ozgon” 14-cü tur çərçivəsində səfərdə “Asiagoal”la qarşılaşıb. Görüşdə “Ozgon” qalib gəlib -  2:0.


3 gün əvvəl Qırğızıstan təmsilçisinə keçən Orxan Əliyev ilk qolunu vurmağı da bacarıb.


Qeyd edək ki, hazırda “Ozgon"” turnir cədvəlində 19 xalla 6-cı yerdə qərarlaşıb.