EN

Psixiatriya Xəstəxanasında ölüm

Sumqayıtda xəstəxanada ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, iyulun 25-i saat 12 radələrində Abşeron rayon sakini 1981-ci il təvəllüdlü Rəşad Arzif oğlu Süleymanov müalicə olunduğu Sumqayıt Psixiatriya Xəstəxanasında vəfat edib.

Onun sinir sisteminin böhranından əziyyət çəkdiyi və keçirdiyi əsəbdən öldüyü bildirilir.

O da məlum olub ki, R.Süleymanov iyulun 24-də yaşadığı evdə damarlarını kəsərək intihara cəhd edibmiş. İlkin tibbi yardım göstərildikdən sonra yaxınları onu əsəblərinin müalicəsi üçün psixiatrik tibb müəssisəsinə gətiribmiş.

Faktla bağlı araşdırma aparılır.

Chosen
91
11
qafqazinfo.az

10Sources