EN

Aygün Kazımova deyəndə ağla gələn...  

Ağ Partiyanın sədri Tural Abbaslı  Azərbaycanda media mühiti, televiziya kanalları və mədəniyyət sahəsində mövcud vəziyyətlə bağlı sərt fikirlər səsləndirib.

Yenisabah.az xəbər verir ki, o, bu barədə "Künc-Bucaq"da danışıb.

Tural Abbaslı ölkədə televiziya kanallarının çoxluğunu mənasız sayaraq, bunun əvəzinə 3-4 keyfiyyətli kanalın fəaliyyət göstərməsinin kifayət edəcəyini bildirib: pizza

“Azərbaycanda yüzlərlə televiziya kanalına ehtiyac yoxdur. 3-4 dənə normal səviyyəli kanal olsa, kifayətdir. Televiziya mühitində bədii senzura rejimi qayıtmalıdır. Audiovizual Şuranın da öz işinin öhdəsindən gəlmədiyini düşünürəm”.

Partiya rəhbəri, həmçinin, sənət adamlarına verilən fəxri adların verilməsi məsələsindəki ədalətsizliklərdən də danışıb:

“Aygün Kazımovaya, Röyaya Xalq artisti adı verəndə nə oldu? Aygün Kazımova deyəndə ağlınıza ilk nə gəlir? Sənət? Yox, sinə… Bəzi yetimlərin sinəsi yoxdur deyə, nə etsin? Flora Kərimova deyir ki, Vəzirov ona dörd dəfə müraciət etdikdən sonra ad verildi. Oqtay Ağayev ölümündən bir az əvvəl bu ada layiq görüldü. Akif İslamzadə hələ də ad ala bilmir. Sara Qədimova ad alanda artıq yaşlı qadın idi. “PR” başqa şeydir, sənətkar başqa şeydir”.

Tural Abbaslı Milli Dram Teatrının repertuarından narazılıq edərək, klassik əsərlərin kifayət qədər səhnələşdirilməməsini tənqid edib:

“Akademik Milli Dram Teatrında nə qədər Axundovun əsərlərini səhnələşdirmək olar? ‘Çevir tatı, vur tatı’ deyib, yollarına davam edirlər. Yeni əsərləri təbliğ edən, göstərən yoxdur. Bu boşluqları doldura bilmirlər”.

O əlavə edib ki, hazırda çəkilən filmlərin böyük əksəriyyəti komediya janrındadır:

“Filmlərimiz əsasən komediya janrındadır. Gülməkdən başqa peşəmiz yoxdur? Məsələn, guya Atabəylər dövləti haqqında film çəkilirdi, amma niyə çəkilmədi? Boşluqdan hər kəs özünə bir şey axtarır. Bizə mənəvi qidaya ehtiyac var”.

Partiya rəhbəri ölkədə mədəni boşluqların doldurulması üçün ziyalılara ehtiyac olduğunu vurğulayıb və bu sahədə İsa Həbibbəyli və Nizami Cəfərovun nümunə olduğunu qeyd edib:

“Bizim də ziyalımız İsa Həbibbəyli, Nizami Cəfərovdur. Bunlara baxanda Elza Seyidcahanın mərdliyi fərqlənir”.

Aydan Hacı  


Telegram kanalımız
Chosen
18
1
yenisabah.az

2Sources