EN

Zurabyan: “Ermənistanda Elçibəy hakimiyyəti var”

“Zəngəzur bizim kozırımızdır. Onun uğrunda geosiyasi mübarizə gedir”.

Tribunainfo.az xəbər verir ki, bunu erməni siyasətçi Levon Zurabyan deyib.

O qeyd edib ki, həmin prosesdən fayddalanmaq olar. “Biz dəhlizi öz maraqlarımız çərçivəsində işə sala bilərik. Lakin təəssüf ki, bu gün Ermənistanda Elçibəy hakimiyyəti var”.

Zurabyan bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan 90-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olmuş prezident Əbülfəz Elçibəy kimi siyasət aparır. “Azərbaycan həmin vaxt ağıllı addım atdı. Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə gətirməklə, Azərbaycanı məhv olma riskindən xilas etdi. Bu gün bizə də belə bir addım atmaq lazımdır”.

Fərda Uğur

Chosen
27
tribunainfo.az

1Sources