EN

İtaliyanın Baş naziri: Fələstin Dövlətinin yaradılma prosesindən əvvəl tanınmasının tərəfdarı deyiləm

Roma, 26 iyul, AZƏRTAC

Fələstin Dövlətinin çox tərəfdarı olduğum halda, onun yaradılmasına aparan bir prosesdən əvvəl tanınmasının tərəfdarı deyiləm.

AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib.

“Mən Fələstin Dövlətinin tərəfdarıyam, amma indi bu, qeyri-məhsuldar addım ola bilər. Bunu bir neçə dəfə, o cümlədən Parlamentdə demişəm. Fələstin Administrasiyasına çatdırmışam, Makrona da demişəm. Fələstin Dövləti olmadan onun tanınmasının ümumi məqsədə əks təsir göstərə biləcəyinə inanıram. Əgər mövcud olmayan bir şey kağız üzərində tanınırsa, problem həll olunmuş kimi görünəcək, lakin həll olunmamış qalacaq”, - deyə o qeyd edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Chosen
15
10
azertag.az

10Sources