EN

Husilər İsrailin dörd şəhərinə zərbələr endirdiklərini bəyan ediblər

Yəmənin “Ənsar Allah” hərəkatının formalaşdırdığı silahlı qüvvələr ballistik raket və üç pilotsuz uçuş aparatından istifadə edərək İsraildə bir neçə hədəfə zərbələr endirib.

NOCOMMENT.az xəbər verir ki, bunu husilərin rəsmi nümayəndəsi Yəhya Sariya “Al Masirah” telekanalının efirində deyib.

Onun iddiasına görə, “Fələstin-2” tipli hipersəsli raket Beer-Şeva bölgəsindəki “həssas obyekt”ə buraxılıb. Bundan əlavə, dronlar Eylat, Aşkelon və Haderadakı hədəflərə hücum edib.

Y.Sariya bütün hücumların hədəflərinə çatdığını bildirib.

Öz növbəsində, İsrail Müdafiə Ordusu iyulun 25-i axşam saatlarında Yəməndən atılan bir raketin zərərsizləşdirildiyini bəyan edib. Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.\\Oxu.Az

Chosen
37
nocomment.az

1Sources