EN

İyirmi qumbara tapılıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

İyulun 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 20 qumbara, 20 alışdırıcı, 1 qumbaraatan, 4 tüfəng, 7 patron darağı və 1606 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

P.ƏMİRCANOV
XQ

Chosen
77
3
xalqqazeti.az

10Sources