EN

Qusmanın işdən çıxarılmasında yəhudi olması da rol oynayıb?

“Son vaxtlar Rusiyanın Azərbaycanda maraqları kifayət qədər sıxışdırılıb. Təbii ki, Rusiya hakimiyyətindən bəhrələnən insanların Azərbaycanın təşkil etdiyi tədbirlərdə iştirak etməsi, orada fəal şəkildə mövqe nümayiş etdirməsi Rusiyanın maraqlarına uyğun deyil. Bu baxımdan Qusman cəzalandırıldı, vəzifəsindən çıxarıldı".

Bu sözləri Sİtat.info--ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu TASS İnformasiya Agentliyinin baş redaktorunun birinci müavini Mixail Qusmanın işdən çıxarılmasına münasibət bildirərkən deyib. 

O bildirib ki, bu məsələdə Qusmanın yəhudi olması da rol oynayıb: "Faktiki olaraq, İsrail dövlətində Rusiyaya münasibət məlumdur. Bu yaxınlarda İsrailin naziri təcili Ukraynaya səfər etdi. Yəni, Qusmanın həm yəhudi olması, həm də Rusiya Azərbaycan münasibətlərinin kəskinləşdiyi bir vaxtda Azərbaycana gəlməsi,  Rusiya hakimiyyəti tərəfindən reaksiyasız ötüşə bilməzdi. Mənə elə gəlir ki, Qussmanla bağlı hökumətin atdığı addım tərəfdarlarını öz siyasəti ətrafında birləşdirməyə cəhddir. Başqa cür düşünən insanlara xüsusi  amansızlıqla rəftat edirlər ki, kimsə hakimiyyət cəbhəsini tərk etməsin".

Məğrur,

Sitat.info

Chosen
16
sitat.info

1Sources