Bakupost.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində Rusiya Prezidentinin köməkçisi, Rusiya Hərbi Dəniz Qüvvəlləri Kollegiyasının sədri Nikolay Patruşev bildirib.
Onun sözlərinə görə, NATO-nun planlarını Kalininqrad vilayətinə yönəlmiş təhdidlər də sübut edir.
“Kalininqrad vilayətinə qarşı səsləndirilən təhdidlərin, NATO-ya üzv ölkələrin Rusiya Federasiyasının suverenliyini və ərazi bütövlüyünü hərbi yolla pozmaq niyyətində olduqlarının növbəti sübutu olduğu aydındır”, - deyə Patruşev vurğulayıb.
Qeyd olunur ki, iyulun 17-də ABŞ-ın Avropa və Afrikadakı qoşunlarının komandanı Kristofer Donahyu bildirib ki, Şimali Atlantika Alyansına üzv dövlətlər Kalininqrad vilayətini “yer üzündən silmək” üçün bütün imkanlara malikdirlər. Onun sözlərinə görə, NATO artıq bununla bağlı müvafiq plan da hazırlayıb.
Daha sonra bu məsələyə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov münasibət bildirib. O, Şimali Atlantika Alyansını düşmən blok adlandırıb və bu vəziyyətin Moskvanı təhlükəsizliyi təmin etmək üçün tədbirlər görməyə məcbur etdiyini vurğulayıb.
10Sources
-
manset.azNATO Rusiyaya hücuma hazırlaşır - Tarix açıqlandı ( 19736024)
-
publika.azNATO Rusiyaya hücuma hazırlaşır ( 19735280)
-
publika.azPatruşev NATO-nu hədələdi: Dərhal cavab veriləcək ( 19731725)
-
referans.azNATO Kalininqradı yer üzündən silməyi planlaşdırır - Rusiya ( 19731245)
-
demokrat.azNATO Kalininqradı yer üzündən silməyi planlaşdırır — Rusiya ( 19730564)
-
www.bakupost.azNATO Kalininqradı yer üzündən silməyi planlaşdırır Rusiya ( 19729556)
-
referans.azNATO qorxuya düşdü: Rusiya 2027-ci ilə qədər hücum planlaşdırır ( 19718702)
-
teleqraf.comNATO Rusiyanın bu addımından narahatdır - Amerikalı ekspertlər də demişdi ( 19718459)
-
globalinfo.azNATO qorxuya düşdü: Rusiya 2027 ci ilə qədər hücum planlaşdırır ( 19717817)
-
ikisahil.azUkraynanın NATO-ya qoşulmayacağına dair konkret təminatlar olmalıdır ( 19711655)