EN

“Milan”ın sabiq futbolçusu “Hayduk”a keçə bilər

Xorvatiya millisinin sabiq futbolçusu Ante Rebiç karyerasını “Hayduk”da davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, tərəflər arasında davam edən danışıqlar artıq son mərhələdədir. Bu barədə “Telesport” nəşri məlumat yayıb. “Hayduk”un idman direktorunun yeni köməkçisi İvan Rakitiç bu transferdə əsas rol oynayan şəxsdir. O, Rebiçi komandaya qoşulmağa razı salıb.

Son olaraq “Leççe”də çıxış edən 31 yaşlı cinah oyunçusunun yaxın zamanda Split klubu ilə müqavilə imzalayacağı gözlənilir.

Rebiç karyerası ərzində “Ayntraxt” (Frankfurt, Almaniya), “Milan”, “Beşiktaş” kimi klubların formasını geyinib.

“Hayduk” Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Zirə” ilə heç-heçə edib – 1:1. Tərəflər arasındakı cavab görüşü iyulun 31-də Xorvatiyada olacaq.

Chosen
10
1
futbolpress.az

2Sources