EN

Azərbaycanlı legioner Avropa oyununda iştirak etdi - VİDEO

Azərbaycanlı futbolçu Zamiq Əliyev Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda qələbə sevincini yaşayıb.

Sportinfo.az xəbər verir ki, onun çıxış etdiyi Albaniya təmsilçisi "Eqnatiya" səfərdə "Dinamo" (Minsk) üzərində 2:0 hesablı qələbə qazanıb.

Macarıstanda baş tutan qarşılaşmada start heyətində meydana çıxan müdafiəçi 78-ci dəqiqədə əvəzlənib.

Albaniya çempionu olan "Eqnatiya" bundan əvvəl Çempionlar Liqasının I təsnifat mərhələsində İslandiya təmsilçisi "Breydablik"ə iki oyunun nəticəsinə görə məğlub olmuşdu – 1:0 və 0:5.

Chosen
98
6
sportinfo.az

10Sources