EN

Messi və Alba cəzalandırıldı

“İnter Mayami”nin ulduzu Lionel Messi “MLS Ulduzlar matçı”nı buraxdığı üçün bir oyunluq diskvalifikasiya edilib.

Adalet.az xəbər verir ki, Messinin komanda yoldaşı Jordi Alba da eyni cəzanı alıb.

“Ulduzlar matçı” iyulun 23-də Ostində keçirilib. MLS komandası Meksika klubu ilə qarşılaşıb.

MLS qaydalarına görə, “Ulduzlar matçı”nda iştirak etməkdən imtina edən futbolçular bir oyunluq diskvalifikasiya alır.

Messi və Albanın yorğunluq səbəbindən matçı buraxdığı deyilir.

Chosen
13
14
adalet.az

10Sources