EN

Dağıstanda PUA təhlükəsi elan edilib

Dağıstan Respublikası ərazisində pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi elan olunub.

Doğru.az xəbər verir ki, bu barədə məlumat regional Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında paylaşılıb.

Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində respublika ərazisində mobil internetin fəaliyyətində mümkün fasilələr ola bilər.

Qeyd edək ki, bundan əvvəl Şimali Osetiya və Kabardin-Balkar Respublikasında da İHA hücumu təhlükəsi ilə bağlı xəbərdarlıqlar edilmişdi.

DOĞRU.AZ

Chosen
28
1
dogru.az

2Sources