EN

Azərbaycanlı futbolçu Qırğızıstanda debüt oyununda qol vurdu

Azərbaycanlı hücumçu Orxan Əliyev Qırğızıstan Premyer Liqasında uğurlu debüt edib.

“Qafqazinfo” xəbər verir ki, 14-cü turda onun komandası “Ozgon” səfərdə Bişkekin “Asiagoal” klubunu 2:0 hesabı ilə məğlub edib.

Yaxın günlərdə komandaya qoşulan Orxan Əliyev oyunda ilk qolu vurmağı bacarıb.

Qeyd edək ki, hazırda “Ozgon"” turnir cədvəlində 19 xalla 6-cı yerdə qərarlaşıb.

 

Chosen
58
6
qafqazinfo.az

10Sources