EN

Slovakiyalı səfirin ölkəmizdə fəaliyyəti başa çatıb

İyulun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın səfiri Milan Layçakı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Səfirə Azərbaycanda fəaliyyəti müddətində Azərbaycan-Slovakiya ikitərəfli və çoxtərəfli əməkdaşlığının inkişafı istiqamətində göstərdiyi səylərə görə təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Görüşdə Azərbaycan ilə Slovakiya arasında mövcud əməkdaşlıq məsələləri, habelə regionda və dünyada hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. İqtisadiyyat, ticarət, elm, mədəniyyət və sair sahələr üzrə əməkdaşlığın geniş perspektivlərlərinin mövcud olduğu, bu istiqamətdə qarşılıqlı fikir mübadilələri və fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Milan Layçak Azərbaycanda fəaliyyəti müddətində göstərilən dəstək və səmimi qəbula görə təşəkkür edib, Azərbaycan-Slovakiya münasibətlərinin daha da inkişafı istiqamətində arzularını çatdırıb.

XQ

Chosen
52
14
xalqqazeti.az

10Sources