BAKI, 26 iyul. TELEQRAF
"Tailand Kambocanın dərinliklərinə hücumları genişləndirir".
Teleqraf xəbər verir ki, bu barədə Kamboca Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qarşı tərəf təkcə hərbu obyektləri deyil, eyni zamanda mülki obyektləri, məktəbləri də hədəf alır.
"Hücumlarda "F-16" qırıcıları və kasetli bombalar da daxil olmaqla ağır döyüş sursatları və hərbi texnikadan istifadə edilib", -məlumatda deyilir.
Qeyd edək ki, iyulun 24-də səhər saatlarında Tailand və Kamboca arasındakı mübahisəli sərhəddə silahlı toqquşma baş verib. Tailand hökuməti Kamboca ilə sərhəd məntəqələrini bağlayıb. Daha sonra tərəflər arasında qarşıdurmalar başlayıb.