EN

Rusiya və Ukrayna qarşılıqlı zərbələr endirib KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya ötən gecə Ukraynanın şərq və mərkəz vilayətlərinə kütləvi hücum həyata keçirib.

Hücum zamanı raketlərdən, pilotsuz uçuş aparatlarından (PUA) və aviasiya bombalarından istifadə olunub. Xarkov, Dnepr, Kamenskoe və Zaporojye şəhərləri zərbə altına düşüb. Yaşayış binaları və infrastruktur zədələnib, ölən və yaralananlar var. Kamenskom şəhərində ticarət mərkəzi yanıb.

KONKRET.az xəbər verir ki, səhər saat 5-dən etibarən azı dörd pilotsuz uçuş aparatı Rusiya ərazisində yerləşən Stavropol vilayətinə hücum edib. Rus mətbuatının məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın ordusu üçün radioelektron mübarizə (REM) stansiyaları istehsal edən “Siqnal” zavodunu da hədəfə alıb.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
konkret.az

1Sources