EN

Türkiyənin yerli sosial media platforması və "əxlaqlı süni zəka"sı - Artıq bu qədər istifadəçisi var

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar “NEXT Teknofest Sosyal” sosial media hesabında etdiyi paylaşımda hər kəsi Türkiyənin yerli mesajlaşma tətbiqindən istifadə etməyə çağırıb.

Publika.az xəbər verir ki, o, istifadəçiləri böyük sürprizlərin gözlədiyini bildirib.

Qısa müddət əvvəl istifadəyə verilən “NEXT Sosyal”ın artıq 250 min istifadəçisi olduğu bildirilir.

Platforma, “App Store”un “Sosial Şəbəkə (Social Networking)” kateqoriyasında populyar pulsuz tətbiqlər siyahısında birinci yerə yüksəlib.

Tətbiqə olan böyük maraq davam edərkən, bir istifadəçinin “Abi, bizə WhatsApp düzəlt” mesajını sitat gətirən Bayraktar “O da hazırdır, hətta istifadə edirik… yaxındır…” - deyə cavab verib.

Chosen
19
7
publika.az

10Sources