Bakı. Trend:
“Yuventus” yarımmüdafiəçi Kenan Yıldızın transferi ilə bağlı“Çelsi”nin təklifini rədd edib.
Trend xəbər verir ki, “LaGazzetta dello Sport”un məlumatına görə, London klubu 20 yaşlıtürkiyəli futbolçu üçün 65–68 milyon avro ödəməyə hazır idi. LakinTurin təmsilçisi Yıldızı satmağı planlaşdırmır.
Kenan Yıldız 2022-ci ilin yayında “Bavariya”dan azad agent kimi“Yuventus”a keçmişdi. Hazırda onun klubla müqaviləsi iyun 2029-cuilədək qüvvədədir.
2024/25 mövsümündə Yıldız bütün turnirlərdə 52 oyunda 12 qolvurub və 9 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Transfermarkt” portalı futbolçunun dəyərini 50milyon avro olaraq qiymətləndirir.