EN

Məhkəmədə keçmiş klubuna qalib gəldi - VERGİ QALMAQALI

İtaliyalı sabiq qapıçı Canluici Buffon keçmiş klubu PSJ-yə qarşı məhkəmədə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, məsələ Buffonun 2018-ci ildə İtaliyada əlavə vergi ödəməli olması ilə bağlıdır.

İtaliya vergi orqanları Buffondan 1,2 milyon avro əlavə gəlir vergisi tələb edib. O isə PSJ ilə imzaladığı müqaviləyə əsaslanaraq, bu məbləğin bir hissəsini klubun ödəməli olduğunu bildirib.

Müqavilədə qeyd olunub ki, İtaliyada əlavə vergi çıxarsa, PSJ bu məbləğin 50 faizini, amma maksimum 250 min avroya qədər hissəsini Buffonun yerinə ödəməlidir.

Əmək məhkəməsi Buffonun haqlı olduğuna qərar verib və PSJ-yə bu pulu ödəməyi əmr edib. Klub bu qərara qarşı apellyasiya şikayəti versə də, Paris Apellyasiya Məhkəməsi şikayəti rədd edib və qərar qüvvədə qalıb.

Chosen
37
sportinfo.az

1Sources