EN

Xəzərin sahilində IT-hab yaradılır

Xəzər dənizi sahilində İT-habın yaradılması planlaşdırırılır.

Bakues.az-ın məlumatına görə, bu barədə Dağıstan Respublikası hökumətinin sədr müavini Rizvan Qazimaqomedov bildirib.

Onun sözlərinə görə, IT-hab 2025-ci ilin oktyabrında Dağıstanda keçiriləcək III beynəlxalq Xəzər rəqəmsal forumunda təqdim ediləcək.

Qazimaqomedov əlavə edib ki, hazırlıq mərkəzində İT mütəxəssislər ilboyu təhsil ala, rəqəmsal məhsullar hazırlaya, hətta istirahət edə biləcək.

Habda məlumatların işlənməsi mərkəzi və anbar yerləşdirməyi planlaşdırırlar.

Chosen
7
2
icma.az

3Sources