EN

Goranboyda ildırım meşə ərazisində yanğına SƏBƏB OLDU

Goranboy rayonunun Yal Taxıl adlanan meşəlik ərazisinə ildırım düşməsi nəticəsində yanğın baş verib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə zamanı ərazidə quru ot və ağaclıq ərazi alovlanıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Bizim.Media

Chosen
11
8
bizim.media

10Sources