EN

Britaniya SEPAH ın terror təşkilatı elan edilməsini istəyir

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Böyük Britaniya parlamentinin bir qrup deputatı İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınmasını tələb edib. 

Globalinfo.az xəbər verir ki, bu çağırış İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin İsrail-Həmas müharibəsi və İranın müttəfiq silahlı qruplara verdiyi dəstək barədə hazırladığı hesabatın dərcindən sonra səsləndirilib.

Deputatların məktubunda qeyd olunub ki, SEPAH radikal “Mehdiçilik” doktrinasına inanır və bu ideologiyanın məqsədi “qiyamət döyüşü” vasitəsilə yəhudiləri, xristianları, İsraili və Qərb ölkələrini məhv etməkdir.

Sənəddə vurğulanıb ki, antisemitizm SEPAH ideologiyasının əsasını təşkil edir və bu baxış Livan “Hizbullah”ı və HƏMAS kimi qruplara göstərilən maliyyə və hərbi dəstək vasitəsilə regional və beynəlxalq miqyasda genişləndirilir.

Deputatlar həmçinin bildiriblər ki, SEPAH üzvləri Böyük Britaniyada yaşayan iranlı jurnalistlərə və müxaliflərə qarşı sui-qəsd və təhdid planlarında iştirak edib. Onlar Britaniya cəmiyyətindəki siyasi və ictimai institutlara nüfuz etməyə cəhd göstəriblər.

Deputatlar hökuməti bu fəaliyyətlərə cavab olaraq SEPAH-ı rəsmi şəkildə terror təşkilatı kimi tanımağa çağırıblar. Hazırda Böyük Britaniya SEPAH-ın bəzi bölmələrini sanksiya siyahısına daxil etsə də, təşkilat bütövlükdə hələlik terror siyahısına salınmayıb.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
76
globalinfo.az

1Sources