Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən tələbələr arasında Avropa Universitetləri futzal çempionatına yekun vurulub.

Offsideplus.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən Azərbaycan İdman Akademiyası finalda İspaniyanın Valensiya Universiteti ilə üz-üzə gəlib. Görüş komandamızın 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Tələbələrimiz finalda qalib gələrək futzal üzrə universitetlər arasında Avropa çempionu olub.