BAKI, 26 iyul. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna və Rusiya arasında birbaşa danışıqların davam etdirilməsi ilə "tunelin sonunda işığın" görünəcəyinə ümid edir.
Teleqraf xəbər verir ki, bunu o, NTV telekanalına müsahibəsində deyib.
"Əgər danışıqlar davam etdirilərsə, tunelin sonunda işıq görünəcək", - nazir bildirib.