Goranboy rayonunun Yal Taxıl adlanan meşəlik ərazisinə ildırım düşməsi nəticəsində yanğın baş verib.
Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı ərazidə quru ot və ağaclıq ərazi alovlanıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.