EN

Tramp Putin-Zelenski görüşünü mümkün sayır

ABŞ-ın sabiq prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşün baş tutmasını mümkün hesab edir.

Doğru.az xəbər verir ki, Ağ Evin hovuzundan jurnalistlərə danışan Tramp bu barədə suala cavabında bildirib: “Bu, olacaq, amma üç ay əvvəl baş verməli idi. Bu, olacaq”.

Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putin və Tramp ilə telefon danışığında liderlərin İstanbulda görüş imkanını müzakirə etməyi planlaşdırdıqlarını bildirmişdi.

Rusiya prezidenti Vladimir Putin isə Zelenski ilə görüşün yalnız danışıqların son mərhələsində – konkret nəticə əldə etmək məqsədilə mümkün olduğunu vurğulamışdı.

DOĞRU.AZ

Chosen
37
dogru.az

1Sources