EN

Hərbi müxbir müharibədə itkin düşdü

  Rusiyalı hərbi müxbir Andrey Filatovun qondarma “Donetsk Xalq Respublikası”nın (DXR) ərazisində yerləşən Krasnoarmeysk (Pokrovsk) yaxınlığında itkin düşdüyü bildirilir.

Bu barədə onun həmkarı Yuri Kotenok məlumat yayıb.

Kotenokun sözlərinə görə, ilkin ehtimala əsasən Filatov Ukraynaya məxsus FPV tipli pilotsuz uçan aparatın hücumuna məruz qalıb. Hadisə yerində onun motosikleti və çəkiliş kamerası tapılıb.

“Hazırda rəsmi məlumat yoxdur. Yalnız dua etməyə və ən yaxşısına inanmağa çağırıram”, – deyə Kotenok bildirib.

Eyni gündə “Hərbi xronika” teleqram kanalı yazıb ki, Krasnoarmeysk yaxınlığında baş verənlər Ukrayna Silahlı Qüvvələrinin (USQ) qondarma DXR-nin Selidovo şəhəri üzərində nəzarəti bərpa etməyə çalışarkən istifadə etdiyi taktikaya bənzəyir. Rusiya ordusunun bu bölgədə sistematik hücumlarla USQ-nin müdafiə xəttini yararaq, demək olar ki, döyüşsüz şəkildə şəhəri ələ keçirdiyi qeyd olunur.

Qeyd edək ki, “Get və Bax” teleqram kanalı da Rusiya ordusunun Krasnoarmeyskə daxil olduğunu iddia edib./globalinfo.az  

Chosen
14
2
referans.az

4Sources