EN

Rusiyalı qüvvələr Dnepropetrovsk vilayətinin sərhədlərinə yaxınlaşıb – Ukrayna komandirləri son vəziyyəti şərh etdi

Rusiyanın işğalçı qüvvələri Dnepropetrovsk vilayətinin inzibati sərhədlərinə yaxınlaşıb.

Bu barədə DW məlumat yayıb. Jurnalistlər Novopavlovka və Pokrovsk istiqamətlərində yerləşən mövqelərdə olub və bölmə komandirləri ilə söhbət ediblər.

Süjetdə bildirilir ki, rusiyalı hərbi bloqçular və bəzi mənbələr Rusiya ordusunun artıq Donetsk və Dnepropetrovsk vilayətləri arasındakı sərhədi keçdiyini iddia ediblər. Lakin Ukrayna hərbçiləri bu məlumatı qəti şəkildə təkzib edirlər.

“Birbaşa burada olan və arxasında vilayətlərin sərhədi yerləşən şəxs kimi məsuliyyətlə deyirəm: konkret olaraq mənim sahəmdə heç kim heç yerə çıxmayıb”, – deyə 35-ci dəniz piyadaları briqadasının desant-hücum rotasının “Zima” ləqəbli komandiri bildirib.

//Samir Qurbanov, Editor.az

 

Chosen
5
editor.az

1Sources