Serbiya hələ də Rusiya-Ukrayna müharibəsində ikili mövqe nümayiş etdirir: rəsmi Belqrad Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edir. Bu barədə Serbiyanın Avropa məsələləri üzrə naziri Nemanya Staroviç Avstriyanın Der Standard nəşrinə müsahibəsində bildirib.
Nazir Serbiyanın açıq şəkildə Ukraynanı dəstəklədiyini deməsə də, ölkəsinin Kiyevə qarşı etinasız olmadığını göstərməyə çalışıb:
“Əgər bizi Ukraynaya yetərincə dəstək verməməkdə ittiham edirlərsə, mənim cavabım sadədir: gəlin, ukraynalıların özləri danışsınlar”, – deyə Staroviç APA agentliyinə müsahibəsində bildirib.
Beləliklə, Serbiya bir tərəfdən Avropa İttifaqına inteqrasiya yolunda irəliləməyə çalışır, digər tərəfdən isə Moskva ilə ənənəvi yaxın münasibətləri qoruyub saxlamağa çalışır.
Samir Qurbanov, Editor.az