EN

Azərbaycanlı yazıçıdan Qusmana məktub

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Hörmətli Mixail Solomonoviç! Siz harada yaşamağınızdan, hansı ölkənin vətəndaşı olmağınızdan asılı olmayaraq daim həqiqəti deməkdən heç vaxt çəkinməmisiz. Peşənizlə əlaqədar bir qayda olaraq informativ məlumatları olduğu kimi qərəzsiz, analitik yanaşmalarınızı ədalətli nöqteyi-nəzərdən şərh etməklə həmişə haqqın tərəfində durmusunuz. Uzun illərdir ki, çalışdığınız Rusiyaya məxsus agentlikdə daşıdığınız məsul vəzifəyə də həqiqətləri söyləmək üçün tribuna kimi baxmağınız da heç kimə sirr deyil.

Azərbaycan xalqının yaxın keşmişdəki tarixində ən acınacaqlı çətinliklərin hökm sürdüyü məqamlarda da siz və sizin ailəniz bütün imkanlarınızı səfərbər edərək dünyaya əsl gerçəkləri bəyan etmisiz. Fikrimcə ən çətin günlərdə yanımızda olmağınız tək ona görə olmamışdır ki, Bakı, Azərbaycan sizin doğulub boya-başa çatdığınız vətəndir. Əlbəttə vətən təəssübünüz də istisna deyil. Daxilinizdən gələn yüksək mənəvi zənginlik, müsbət əxlaqi keyfiyətləriniz və ruhən azad insan olmağınız sizi daim haqqın tərəfində durmağa sövq edib.

Azərbaycan xalqının böyük bir qismi Ermənistan adlanan, əslində Qərbi Azərbaycandan olmazın müsübətləri ilə üzləşib zorla deportasiya ediləndə, 250 min soydaşımız öz ata-baba yurdundan didərgin düşəndə, xalqımız 1990-cı ilin qanlı yanvar faciəsini yaşayanda, 44 günlük vətən müharibəsində dünyanın məkrli qüvvələri haqq etdiyimiz haqqımıza qarşı çıxanda siz və qardaşınız Yuli Qusman bizim yanımızda olmusunuz. Hətta öz ailə büdcənizdən milli müdafiə fondumuza maddi yardım etmisiz.

Əziz Mixail! Əslən bakılı olaraq yaxşı bilirsiz ki, doğulduğunuz, təhsil aldığınız diyarda sizin etnik mənsubiyyətinizə görə zərrə qədər də olsa ayrı-seçkiliyə məruz qalmamanız biz azərbaycanlıların əxlaqi-mənəvi dəyərlərindən doğur. Ümumiyyətlə Azərbaycanda əsrlər boyu etnik, dini, milli ayrı-seçkiliyin heç bir əlaməti olmamışdır. Bu gün də ölkəmizdə yəhudilər özlərini bu məmləkətin sahibləridən olduğunu şəksiz qəbul edir, ümumi vətənimizin bu günü və sabahı naminə digər soydaşlarımızla çiyin-çiyinə çalışırlar. İyirmi Yanvar faciəsinin qurbanı 14 yaşlı Larisa Məmmədova, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olan Milli Qəhrəman Albert Araqunov və onlarla, yüzlərlə yəhudi mənşəli soydaşlarımız bizə əziz olan həmvətənlərimiz kimi müqəddəs and ünvanımızdır.

Dəyərli Mixail Solomonoviç! Min illərdir dünyada mövcud olan və təəssüf ki, bu gün də istisnalıq təşkil etməyən bir acı həqiqət var. Düz söz deyən, ədalətli mövqe sərgiləyən insanlar gec-tez çirkin siyasət yürüdən şeytan yuvalarından bu və ya başqa formada “mükafat” alırlar. Uzun müddət çalışdığınız işdən uzaqlaşdırılmağınız da qeyd etdiyim qəbildəndir. Hörmətli Mixail Qusman! Ola bilsin ki, sizin maddi imkanlarınız mənim maddi imkanlarımdan qat-qat yüksəkdir. Mən bilmirəm, sizin Bakıda eviniz, mülkünüz var ya yox. Əgər dünyaya göz açdığınız diyara, vətənə üz tutsanız sizə və ailənizə yaşamaq üçün böyük məmnuniyyətlə öz evimdə şərait yaradaram. Bu vətən həm də sizin vətəndir! Siz bütün şüurlu həyatınız boyu Azərbaycanın haqq işinə dəstək nümayiş etdirmisiniz.

Hörmətlə: Pərviz Yəhyalı

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
56
icma.az

1Sources