EN

Avropa nəhəngi türk futbolçu üçün sərvət təklif etdi

Avropa nəhənglərinin xidmətində maraqlı olduğu "Yuventus"un futbolçusu Kenan Yıldız barədə yeni iddia ortaya atılıb. Metbuat.az xəbər verir ki, “Çelsi” klubu türk futbolçunu transfer etmək istəyir. “Gazzetta dello Sport”un məlumatına görə, ingilis klubu Kenan Yıldız üçün İtaliya klubuna 65-68 milyon avro təklif edib. Lakin A Seriya klubu Kenan Yıldızla bağlı danışıqlar aparmaqdan imtina edib. Bildirilir ki, klub futbolçunun yeni layihələrinin təməl daşı hesab edir və gənc istedadla yollarını ayırmaq istəmir.

Qeyd edək ki, Kenan Yıldız ötən mövsüm 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
46
1
metbuat.az

2Sources