EN

Sumqayıtda AĞIR QƏZA: YARALANANLAR VAR

Ajans.az xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

“Kia” və “AzSamand” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsartə alıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki Bakı-Quba avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri stabildir.

Chosen
19
3
Ajans.az

6Sources