EN

Ağdərənin Umudlu kəndində də yanğın var

AĞDƏRƏ, 25 iyul. TELEQRAF

Qarabağda daha bir istiqamətdə yanğın baş verib.

Ağdərə rayon Həsənriz kənd sakinlərinin Teleqraf-ın Qarabağ bürosuna verdiyi xəbərə görə, rayonun Umudlu kənd ərazisində yanğın müşahidə olunur. Alov ətrafdakı yaşayış məntəqələrindən aydın görünür.

Qeyd edək ki, Xocavənd rayon ərazisində yanğın hələ də davam edir. Alovun söndürülməsi üçün əraziyə 50 nəfər əlavə olaraq cəlb edilib.

Hazırda bütün istiqamətlərdə yanğınların söndürülməsi üçün tədbirlər görülür.

Chosen
40
1
teleqraf.com

2Sources