EN

Türkiyədə bir gündə 73 yanğınla mübarizə aparıldı

  Türkiyənin Antalya, Adana, Denizli, Sakarya, Bilecik və Eskişehir vilayətlərindəki meşə yanğınları nəzarət altına alınıb.

Referans xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib.

Onun sözlərinə görə, gün ərzində ümumilikdə 73 yanğınla mübarizə aparılıb, onlardan 37-si meşə yanğını olub.

Yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir.  

Chosen
9
1
referans.az

2Sources