EN

Millət vəkili Mehriban Vəliyeva Aydın Quliyevi təbrik etdi


Milli Məclisin deputatı Mehriban Vəliyeva “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyevi Milli Mətbuat Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Aydın müəllim!

Sizi 22 iyul – Milli Mətbuat Günü və Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, şərəfli və yüksək məsuliyyət tələb edən fəaliyyətinizdə möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.

Azərbaycan Milli Mətbuatının təməli 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşrə başladığı “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Həmin gündən etibarən milli mətbuatımız mürəkkəb, lakin şərəfli yol keçərək Zəfər salnaməsinin daşıyıcısına çevrilmişdir. Əminik ki, Siz də Həsən bəy Zərdabinin maarifçilik ənənələrinə, Ulu Öndər Heydər Əliyevin azad sözə verdiyi dəyərə və Prezident İlham Əliyevin informasiya cəmiyyətinə yönəlmiş strateji baxışına daim sadiq qalacaqsınız.

Bu möhtəşəm yubiley xalqımızın maariflənməsi, özünüdərkin möhkəmlənməsi və ictimai düşüncənin formalaşmasında mətbuatın mühüm rolunu bir daha ön plana çıxarır. 150 illik zəngin tarixə malik Azərbaycvan mətbuatı bu gün də informasiya cəmiyyətinin əsas dayaqlarından biri olaraq cəmiyyətin inkişafına töhfə verməkdə davam edir.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanda azad mətbuatın bərqərar olmasına xüsusi önəm vermiş, jurnalistikanın ictimai həyatdakı rolunu daim yüksək qiymətləndirmişdir.

Onun “Azərbaycanda söz və fikir azadlığı dönməz xarakter almışdır” bu sahəyə verilən yüksək dəyərin ifadəsidir. Bu ideyaların davamçısı olan Prezident cənab İlham Əliyev də jurnalistləri müasir informasiya savaşında cəmiyyətin ön cəbhəsində dayanan əsgərlər kimi dəyərləndirir, onların sosial rifahı və peşəkar fəaliyyətinin dəstəklənməsi üçün mühüm addımlar atır.

Sizi bu əlamətdar gün və möhtəşəm yubiley münasibətilə bir daha təbrik edir, sözün, həqiqətin və obyektivliyin keşiyində durduğunuz şərəfli missiyanızda Sizə yüksək peşəkarlıq, prinsipiallıq və vətəndaş mövqeyi arzulayıram. Ölkəmizdə mətbuatın inkişafı naminə göstərdiyiniz səylərə görə təşəkkürümü bildirir, səmərəli əməkdaşlığımızın davamlı olmasını diləyirəm”.

Chosen
43
baki-xeber.com

1Sources