ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Sabirabadın Qaragüney kəndində 20 yaşlı oğlanın kanalda batmasının təfərrüatı məlum olub.
Məlumata görə, kənd sakini Səfərağa Musayev mal-qara otaran zaman heyvanın arxasınca kanala girib və suda boğulub.
"Ot yığmağa getmişdi. Qayıdarkən heyvan kanala düşüb. Onu çıxarmağa çalışanda özü batıb. Üzməyi bacarmırdı, tək idi", - deyə suda batan şəxsin əmisi deyib.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunubLAR. Hazırda 20 yaşlı gəncin axtarışları davam edir.
Ətraflı Baku TV-nin süjetində:
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.