Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Aktual gündəm" verilişində Bakıda yaşanan su qıtlığı problemi müzakirə olunub.
"Hidroloq" MMC-nin əməkdaşı Cavid Hüseynov problemin səbəbini belə izah edib:
"Bakı şəhərindəki bu vəziyyəti yaradan əsas səbəb yalançı urbanizasiyadır. Bu, inkişaf etməkdə olan və keçid dövründə olan ölkələrdə müşahidə edilən sosial prosesdir. Eyni hal ölkəmizdə də yaşanıb. Rayonlardan insanların kütləvi şəkildə Bakı şəhərinə köç etməsi mövcud su təsərrüfatı infrastrukturunun bu artımı qısa müddətdə qarşılaya bilməməsinə səbəb olub".
Ətraflı Baku TV-nin süjetində:
Hidroloq: "Rayondan şəhərə kütləvi köç Bakının su sistemini çökdürüb"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.