Yardımlı Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru vəzifəsinə təyinat olub.
E-saglam.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb.
Müvafiq əmrlə Ravil Həbib oğlu Qənbərov Yardımlı RMX-nin direktoru vəzifəsinə təyin olunub.
E-saglam.az