EN

“Heç vaxt mübahisə etmərəm, ailəmi və dostlarımı söymək mənim üçün qəbuledilməzdir”

“Santos”un hücumçusu Neymar “İnternasional”la oyundan sonra baş vermiş insidentə münasibət bildirib.

Həmin qarşılaşmada Neymar fantastik qolunu qeyd etsə də, oyunun sonunda bir “Santos” azarkeşi ilə mübahisə edib.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu sosial şəbəkə hesabında etdiyi paylaşımda bu barədə açıqlama verib:

“Hisslərimi idarə etmək çətindir, xüsusən də, haqsız yerə təhqir olunduqda.

Mən heç vaxt öz oyunuma dair bir azarkeşlə mübahisə etmərəm, amma ailəmi və dostlarımı təhqir etmək mənim üçün qəbuledilməzdir.

Məni “icarə oyunçu” adlandırmaq və şəxsi həyatımı hədəf almaq, heç bir halda qəbuledilməzdir”.

Neymar “Santos”a yalnız klubun gələcəyini düşündüyü üçün gəldiyini və burada qələbələr qazanmaq istədiyini də vurğulayıb. O, cari mövsümdə15 oyunda iştirak edib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
27
sportinfo.az

1Sources