“Qətər Dövləti və Misir Ərəb Respublikası təsdiq edir ki, hər iki tərəf müharibəyə son qoyacaq, zolaqda (Qəzza - red.) humanitar problemlərə son qoyacaq, mülki əhalinin müdafiəsi, girov və əsirlərin mübadiləsini təmin edəcək sazişin bağlanması məqsədi ilə Qəzza zolağında vasitəçilik prosesi çərçivəsində fəal səylərini davam etdirir”, - sənəddə bildirilir.
Ajans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. İki ölkənin bəyanatında qeyd olunub ki, İsrail və ABŞ-nin məsləhətləşmələr üçün nümayəndə heyətlərini Dohadan geri çağırmaq barədə qərarı danışıqların bərpasından əvvəl adi bir təcrübədir.