EN

Almaniyada vitse spiker seçki bülleteninə svastika çəkdi

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Almaniyada siyasi qalmaqal yaşanıb. Baden-Vürtemberq federal əyalətinin parlament sədrinin müavini Daniel Born səsvermə bülleteninə ifrat sağçı partiyadan olan deputatın adının yanında svastika çəkdiyini etiraf edərək istefa verib.

Oxu.Az DW-yə istinadən xəbər verir ki, hadisə cəmiyyətdə geniş rezonans doğurub.

Bildirilir ki, Almaniya Sosial Demokrat Partiyasının (SPD) üzvü Daniel Born bir neçə regionun nümayəndələrinin təmsil olunduğu Yuxarı Reyn Şurasına səsvermə zamanı qanun pozuntusuna yol verib.

Səsvermə bülletenlərindən birində "Almaniya üçün Alternativ" (AfD) partiyasının nümayəndəsi Bernhard Eyzenhutun adının yanında svastika təsviri tapılıb.

Ertəsi gün Daniel Born svastikanı çəkənin özü olduğunu şəxsən etiraf edib və hərəkətlərini "emosiyaların təsiri altında edilən ciddi səhv" kimi qiymətləndirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
oxu.az

1Sources