EN

Avropa nəhəngi "Real"ın ulduzunu su qiymətinə transfer etdi

“Ştutqart” klubu "Real Madrid"in gənc ulduzunu heyətinə qatmaqla əhəmiyyətli transferə imza atıb. Metbuat.az xəbər verir ki, Alman klubu gənc futbolçu Çemanı transfer edib. BILD-in məlumatına görə, “Ştutqart” 3 milyon avroya futbolçunun hüquqlarının 50%-ni əldə edib. “Ştutqart”ın istedadlı futbolçunu ucuz qiymətə transfer etməsi alman mətbuatında müzakirələrə səbəb olub. Bildirilir ki, müqavilədə “Real Madrid”in gələcək satışdan 50 faiz gəlir əldə etmək və futbolçunu geri almaq hüququ var.

Qeyd edək ki, Çeman ötən mövsüm Karlo Ançelottinin rəhbərliyi altında əsas komandanın heyətində üç oyunda iştirak edib.

Chosen
27
1
metbuat.az

2Sources