EN

Druzlar Suriyada muxtariyyət elan etdi: Yeni əraziyə müstəqillik verilir

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Suriyanın cənubundakı Süveyda bölgəsində yaşayan druzlar “Cəbəl əl-Ərəb Daxili İdarəsi”nin yaradıldığını rəsmən elan ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə iyulun 21-də yayılan bəyanatda bildirilib. Qeyd olunub ki, bu qərar druz xalqının hüquqlarının qorunması və mərkəzi hökumətin siyasətlərinə qarşı etiraz olaraq verilib.

“Bu torpağın, azadlığın və tökülən qanın şərəfinə və azadlıq ruhuna hörmət əlaməti olaraq biz bu gün ‘Cəbəl əl-Ərəb Daxili İdarəsi’nin qurulduğunu elan edirik. Bu addım druz xalqının tarixi torpaqlarında milli muxtariyyətə doğru ilk addımıdır”.

Bəyanat müəllifləri bildirirlər ki, rejimin uzun illər süren təzyiqləri və mərkəzi hökumətin bölgəyə qarşı apardığı siyasətlər, bu qərarın verilməsində əsas rol oynayıb:

“İllərlə davam edən səssizliyimizə baxmayaraq rejim tərəfindən bizə qarşı tətbiq olunan siyasi və iqtisadi təzyiqlər, süni olaraq yaradılmış yoxsulluq və zülm bu bölgədə idarəçilik dəyişikliyi zərurətini doğurdu”.

Yeni idarəetmə modelinin xalqın iradəsinə əsaslandığı və bölgədə sabitlik, təhlükəsizlik, ictimai xidmətlər və ədalət təminatının prioritet olacağı vurğulanıb:

“Biz, Süveyda bölgəsində xalqın iradəsinə əsaslanan yeni bir idarəetmənin qurulduğunu elan edirik. Bu idarə sisteminin təməlində şəffaflıq, ədalət, xidmət və sabitlik dayanacaq.”

Bəyanatda həmçinin, digər bölgələrdə yaşayan suriyalılar və dünya ictimaiyyəti də dəstəyə çağırılıb:

“Bu qərarımız müstəqil bir dövlət elan etmək deyil, hüquqlarımızı müdafiə etmək və xalqımızın təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Biz bütün suriyalılara səmimi bir salam göndərir, millətimizin və ölkəmizin azadlığı uğrunda birgə mübarizəyə dəvət edirik”.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
66
globalinfo.az

1Sources