EN

"​Rusiya və Ukraynanın memorandumları arasında uyğunsuzluqlar var" -

"Rusiya və Ukrayna tərəfindən təqdim olunan memorandum layihələri arasında ciddi uyğunsuzluqlar mövcuddur".Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib. O, münaqişənin həlli üzrə tərəflər arasında mövqelərin yaxınlaşdırılmasının son dərəcə mürəkkəb və vaxt aparan diplomatik proses olacağını bildirib.Peskov həmçinin Vladimir Putin və Volodimir Zelenski arasında avqust ayının sonunadək görüşün baş tutma ehtimalı ilə bağlı suala cavab verərkən memorandumlar arasındakı kəskin fərqlərin qısa müddətdə aradan qaldırılmasının çətin olduğunu qeyd edib.Ülkər Cəlilzadə /Metbuat.az
Chosen
23
2
metbuat.az

3Sources