EN

İran rabitə peykini orbitə göndərib

ain.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

İranın “Nahid-2” rabitə peyki Rusiyaya məxsus “Soyuz” daşıyıcı raketi vasitəsilə orbitə buraxılıb.

Metbuat.az İran KİV-nə istinadən xəbər verir ki, 110 kiloqram çəkisi olan peyk yerli mütəxəssislər tərəfindən hazırlanıb. Peykin orbitə göndərilməsi İranla Böyük Britaniya, Fransa və Almaniya arasında İstanbulda keçirilən nüvə danışıqlarının başlanmasından əvvəl baş verib.

Buraxılış Rusiyanın Vostoçnı kosmodromundan həyata keçirilib. Missiya zamanı Rusiyanın “İonosfera-M3” və “M4” peykləri də daxil olmaqla müxtəlif ölkələrə məxsus daha 18 peyk orbitə çıxarılıb. Buraxılışda “Soyuz” raketinin üzərində İran Kosmik Agentliyinin rəsmi loqosunun yer alması Tehranın beynəlxalq kosmik proqramlarda iştirakını rəsmi şəkildə nümayiş etdirib.

Qeyd edək ki, Qərb ölkələri İranın kosmik proqramının hərbi məqsədlərlə, xüsusilə raket texnologiyalarının təkmilləşdirilməsi üçün istifadə oluna biləcəyindən narahatlıq ifadə edirlər. İran Kosmik Agentliyinin sifarişi ilə və İran Kosmik Tədqiqatlar Mərkəzinin iştirakı ilə hazırlanmış peyk beş il ərzində orbitdə fəaliyyət göstərəcək.

Ülkər Cəlilzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
73
1
metbuat.az

2Sources