Yeni elmi araşdırma Dünyadakı həyatın mənşəyi ilə bağlı mühüm fərziyyəni gücləndirib. Alimlər formalaşmaqda olan gənc bir ulduzun – protostarın ətrafındakı qaz və toz diskində kompleks üzvi molekullar aşkar ediblər. Bu molekullar həyatın “təməl”i sayılan şəkərlər və amin turşularının atası hesab olunur.