Donald Tramp Rusiya və Ukrayna prezidentlərinin təxminən iki-üç ay sonra görüşünü mümkün sayır.
Yenisabah.az fox-a istinadla xəbər verir ki, ABŞ prezidenti bunun özünün iştirakı ilə baş tuta biləcəyinə işarə edib.
Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Putin və Zelenski arasında mümkün görüş üçün razılaşmanın şərtlərini işləyib hazırlamaq lazımdır: Toyuqlu pizza
"Belə bir görüşün baş tutması üçün əvvəlcə sazişin şərtlərini hazırlamaq və bu görüşdə nəyi müzakirə edəcəyini anlamaq lazımdır. Amma əslində bu görüşdə sazişi müzakirə etmək yox, ona son qoymaq, imzalamaq üçün lazımdır. Bütün bunları sıfırdan yenidən müzakirə etmək üçün görüşməyin mənası yoxdur".
Telegram kanalımız